Hal-hazırda ölkənin siyasi-iqtisadi həyatına neft sənayesinin inkişafının böyük təsiri var: bir çox beynəlxalq neft şirkətləri neft hasilatı ilə məşğul olur.
20 yanvar 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) əsasının qoyulması ilə nəticələndi. Bunun tərəfdaşları aşağıdakılardır:
BP 17.1%, AMOCO (indi BP) 17%, Unocal 10.09%, SOCAR (Azərbaycan Respublikasının Beynəlxalq Neft Şirkəti) 10%, Lukoil 10%, Statoil 8.6%, Exxon 8%, TPAO (Türkiyə) 6.75%, Pennzoil 4.8%, Itochu 3.9%, Ramco 2.1% və Delta 1.7%.
Onun İlkin Neft Layihəsi (İNL) adlı ilk layihəsi Çıraq yatağının işlənməsi layihəsi çərçivəsində mövcud neft strukturunun təkmilləşdirilməsi məqsədilə 1996-cı ildə imzalandı. Bu, 10 Platforma arasında qərb standartlarına uyğun yenidən qurulmuş mövcud 2 platformanı daxil edirdi.
Bu Çıraq 1 strukturunun üst hissəsi Bakı və Avropada istehsal edilmişdir və “Azərbaycan” adlı qaldırıcı barjadan istifadə edərək 1997-ci ildə platform üzərinə qoyularkən ümumi çəkisi 8500 ton idi. İlk neft 7 noyabr 1997-ci ildə hasil edildi.
Sonradan BP Exploration şirkətinin yeni istismar layihələri inkişaf etməyə başladı və Azəri, Çıraq, Şah Dəniz layihələri böyük potensiala malik olduğundan bir çox beynəlxalq və yerli şirkətləri neft hasilatı prosesinə cəlb etdi.
Bakıda müxtəlif ölkələrdən olan çoxsaylı neft şirkətləri fəaliyyət gösətrir. Ölkəmizin siyasi həyatı rəngarəng və maraqlıdır. 1990-cı illərdə Sovet İttifaqı süqut edəndən sonra Azərbaycan müstəqillik qazandı və bir çox Qərb və Şərq ölkələri ilə qarşılıqlı münasibətlər əsasında bu regionun yenidən dirçəlməsində mühüm rol oynamağa başladı.
Öz müstəqilliyini bərpa edəndən sonra Azərbaycan Hökuməti inkişaf etmiş demokratik ölkələrə inteqrasiya etməyə və onların qanunvericilik sahəsində qazanılmış təcrübəsindən bəhrələnməyə çalışır.
Gənc dövlət kimi bizim bir çox çətinliklərimiz də var.
Ermənistanla olan müharibə Ölkəmiz üçün bir çox siyasi-iqtisadi çətinliklər yaradır; sayı təxminən 1 milyondan artıq olan qaçqın və məcburi köçkünlərlə bağlı problem də buna aiddir. Bu, miqrasiya və inkişaf etməkdə olan ölkə üçün həlli müşkül olan əlavə problemlər yaradır.
Eynilə 100 il bundan əvvəl olduğu kimi, əsas inkişaf paytaxtda mərkəzləşmişdir. Hətta iri Tikinti layihələri və istehsala yeni investisiya qoyuluşlarına baxmayaraq, Azərbaycan Respublikasında işsizlik səviyyəsi hələ də yüksəkdir.
Turizmin inkişafı sahəsində mühüm səylər regionlarda mehmanxana xidmətlərinin inkişafına böyük təsir göstərdi və bir çox istirahət/əyləncə mərkəzləri açıldı.
Maliyyə və bank sistemi, təhsil, kənd təsərrüfatı və s., sahələrdə bəzi islahat və layihələr ölkəmizin gələcək inkişafı üçün müsbət işlərin əsasını qoyur.Bir vətəndaş olaraq bizim Azərbaycan Respublikasının yeni erasından çox gözləntilərimiz var və ölkəmizi daha yaxşı gələcəyin gözlədiyinə ümid edirik.