Archive For The “BE SMART” Category

“UĞURLU MÜSAHİBƏ BACARIQLARI” TRENİNQ

12

 

NƏ ÖYRƏNƏCƏKSİNİZ?

 

  • NECƏ İŞ AXTARMALI
  • UĞURLU PREZENTASİYA – İNTERVYU ÜÇÜN ƏSAS BİLİKLƏR
  • İŞ MÜSAHİBƏLƏRİNƏ PROFESSİONAL BAXIŞ
  • ÖZÜNÜ TƏQDİMATA MARAQLI AÇARLAR
  • FEEDBACK – KAFİ QİYMƏTLƏNDİRMƏNİN DƏRSLƏRİ VƏ GƏLƏCƏK İNKİŞAF PLANLARIN QURULMASI
  • DƏYƏRLƏNDİRMƏ
  • CƏLD VƏ YÜKSƏK KEYFİYYƏTLİ ÖYRƏNMƏ TƏCRÜBƏSİ
  • PROSESLƏRİN İŞLƏDİLMƏSİNDƏ BƏLƏDÇİ
  • İŞ MÜSAHİBƏSİ BACARIQLARI.

 

 

BU TRENİNQLƏ:

  • SİZ ÖZ RƏQİBLƏRİNİZİ ASANLIQLA KEÇƏCƏKSİNİZ
  • ÖZÜNÜ DƏYƏRLƏNDİRMƏ VƏ İNKİŞAFA DƏYƏRLİ KONSULTASİYA
  • METODİK MATERİALLAR ƏLDƏ EDƏCƏKSİNİZ
  • UĞURLU MÜSABİQƏ BACARIĞİNA YİYƏLƏNƏCƏKSİNİZ.

 

Təlimçi – Mahru Norton (NESS CO. şirkətində rəhbər, kadrlar üzrə mütəxəssis).

 

 Müddət: 2 GÜN

  Əlaqə nömrələri:

Tel:  (994) 12 492 15 50

Mob: (994) 51 435 94 32

         (994) 50 268 30 96

Read more »

Konflikti sevmirsənsə, bunlardan uzaq dur

konflikt

Ofis şəraitində iş yoldaşlarınızla aranızda hər hansı xoşagəlməz hal, inciklik, küskünlük az-çoz rast gəldiyimiz hallardandır. Əgər konfliktləri sevmirsinizsə, qeyd etdiyimiz qaydalara əməl edin:

İşləyərkən tez-tez fasilə vermək və iş yoldaşlarınızı da buna məcbur etmək hiss edilməsə də, ən narahat edici hallardan biridir.

Yüksək səslə musiqi dinləmək və hətta söyləmək ofis mühitində sizi antipatik göstərəcək davranışlar arasındadır.

Nizamsız iş mühiti sizi qrup ruhundan qoparan bir xüsusiyyət ola bilər. Hər nə qədər hər kəs iş sistemində azad olsa da, riayət edilməsi lazım olan bəzi vəziyyətlər mövcuddur. Buna görə normal həyatınızda elə deyilsə belə, iş mühitində bir az nizamlı olmaq çox işinizə yaraya bilər.

Əl zarafatları, demək olar ki, hər insanın narahatlıq duyduğu davranışlar arasındadır. Gülərkən yoldaşını itələmək , sərtcə vurmaq həmişə riskli və gərəksiz təmaslardır . Bu mövzuda səmimiyyət dərəcəsinə görə davranmaq, qarşınızdakının sizi də eyni şəkildə narahat etməməsini önləmək üçün əlaqələrinizi həmişə müəyyən bir qaydada davam etdirməlisiniz.

Xüsusilə fasilə verildikdə işlə əlaqədar söhbətlərin edilməməsi daha səmimi mühitin yaranmasına səbəb ola bilər. Ən azından 10 dəqiqə işdən qopmaq, zehninizin rahatlaması baxımından son dərəcə faydalı olar.

Read more »

İşdən qovulmamaq üçün bu sözləri deməyin!

İşdən qovulmamaq üçün bu sözləri deməyin!

İşinizə qaldığınız yerdən davam etmək və şefi əsəbləşdirmək istəmirsinizsə, bəzi cümlələri əsla deməməlisiniz. Qısası, bu sözləri işlətdiyiniz an işdən qovulma ehtimalını artırırsınız.
İşinizlə vidaşlamaq təhlükəsi yaradan həmin cümlələr hansılardır?

1.«Bu mənin işim deyil ki?!»
Müdiri işi kimin etdiyi deyil, işin edilib-edilmədiyi maraqlandırar.

2.«Çox işim var»
Həmişə bunu desəniz, işinizi çatdırmadığınız və tənbəl olduğunuz düşünülə bilər.

3.«Bu qədər tez bir zamanda bu işi çatdıra bilmərəm!»
Layihəni görməmiş «yox, tez bir zamanda onu bitirə bilmərəm, dediyiniz vaxt çox tezdir» demək düzgün deyil. Planınızı hazırlayın, işə başlayın, sonra artıq vaxt istəyə bilərsiniz.

4.«Mümkün deyil, olmaz!»
Bu cümlə buğaya qırmızı parça göstərmək kimidir. Necə olur olsun, siz işi görün. Müdirin gözündə işinizə görə pul alırsınız. Pulu sizə havayı vermirlər.

5.«Əvvəl də sınamışdıq, alınmadı»
Ofisə yeni müdir gələndə sizə köhnə layihəni yenidən işləməyə verə bilər. “Əvvəl də sınamışdıq, alınmadı”, — desəniz, onu qəzəbləndirmiş olarsınız. Həm layihəni fərqli insanlar irəli sürdüyündən yəqin ki, fərqli düşüncələri də var. Müdirlər özündən əvvəl görülən işləri eşitməyi xoşlamaz.

6.«Biz onsuz da həmişə belə edirdik»
İnsanların çoxu qaydalarda dəyişikliyi sevməz. Ancaq yeni gələn müdir öz qaydalarını tətbiq etməklə dəyişiklik etmək istəyəcək. «Biz həmişə belə edirdik, indi dəyişikliyə nə ehtiyac var?!» demək sizi müdirinizin gözündən sala bilər.

7.«Mən onunla işləmək istəmirəm!»
Çox ehtimal ki, xoşunuz gəlməyən insanın da sizdən xoşu gəlmir. Ancaq bu, işdir və qrup halında işləməli olursunuz. Şikayət etməkdənsə, işi tez bir zamanda bitirib xoşlamadığınız insandan canınızı qurtara bilərsiniz.

8.«Mən etmədim»
Səhv sizin olduğu halda günahınızı başqalarının üstünə atmayın. Günahınız gec, ya tez ortaya çıxar və bu halda daha pis vəziyyətə düşərsiniz. Səhvlərinizin məsuliyyətini öhdənizə götürün.

9.«Niyə elə oldu, heç başa dümədim»
«Bilmirəm» kəlməsi müdirlər tərəfindən qəbul edilmir. Tez «bilmirəm» demək yerinə, yaxşıca düşünüb sonra cavab verin.

10.«Pulumu artırmasanız,işdən çıxacam!»
Düşünməyin ki, siz işdən çıxsanız, aləm bir-birinə qarışacaq. Əksinə, siz getsəniz, yerinizə daha da böyük təkliflərlə başqa işçi tapmaq asandır və o zaman üzülən siz olacaqsınız. Buna görə artım istədiyinizdə niyə layiq olduğunuzu da açıqlayın.

Read more »

Biznesdə sizə vaxt qazandıracaq 5 tövsiyyə!

biznes1

Sadə iş adamından tutmuş biznes sahibi, korporasiya rəhbərinə kimi hər kəs yaxşı nəticə qazanmaq üçün vaxtını düzgün dəyərləndirməyi bacarmalıdır. Bəs bu sahədə yola verilən səhvlər hansılardır, bir gözdən keçirək.

Səhv 1 : Əlavə vaxtdan düzgün istifadə etməmək!
Hər hansı bir layihəni tez bitirmisən və ya işin bu həftə həmişəkindən yüngüldür. Əlavə qalan vaxtını cari müştərilərlə xərcləmək yerinə, yeni layihələr üzərində işləmək üçün sərf et. Əgər başqası üçün işləyirsənsə, vaxtını özünü daha da inkişaf etdirmək üçün istifadə et.

Səhv 2 : Xərclərini ödəyə biləcək adamlara vaxt sərf etmək
Vaxtını sənin haqqını qarşılamağı bacarmayan qeyri – kommersiya təşkilatlarına sərf et. Başlamazdan əvvəl layihəni öz portfelində istifadə edə biləcəyinə dair razılıq al. Sən bəzən öz böyük cəhdlərini cəmiyyətə çatdıra biləcək yüksək profilə sahib alıcılara da iş təklif edə bilərsən. Fakturanı tam qiymət ilə təqdim et və öz deduksiyanı güzəşt kimi qeyd et. Əmin ol ki, qeyri – müəyyən bir vəddən daha çoxunu əldə edəcəksən.

Səhv 3 : Alıcıların sənin biznesini anladığını fərz etmək
Variantlar haqda ətraflı məlumat ver. “Budur, 250 dollarlıq vebsayt belə olur, 2500 dollarlıq vebsayt isə belə olur”. Alıcılar sənin xidmətinə yeni qoşulduqda, davamlı məzənnələr haqda onların nadir hallarda xəbərləri olur. Onlar başa düşə bilməzlər ki, sən mükafat əldə etmisən və buna sevinirsən.

Səhv 4: Sərhədlər qoymağı unutmaq
Əsas rüsumlarına nələrin daxil olduğunu dəqiqliklə izah et. Dəyişikliklər? Suallar? Vebsayt və domen adını qurmaq? Fotoşəkilləri skaynerdən çıxarmaq və yükləmək?

Səhv 5: Kiçik düşünmək
250 dollarlıq işdən 2500 dollarlıq işə keçmək üçün nə etmək lazım olduğunu öyrən. Bəlkə də sənin öz vebsaytın “Mən ucuzam!” deyir. Bəlkə də sən daha böyük büdcələr ilə daha yüksək səviyyəli layihələr yarada bilərsən. Hər zaman daha böyük düşün!

Read more »

Uğurlu karyera qurmaq üçün 6 addım

işəgötürən

İşdə oturub gələcək üçün planlar qurmaq asandır. Lakin müəyyən məqsədin olması və onun reallaşması üçün fəaliyyət isə tamam başqa şeydir. Bəlkə hərəkətə keçməyin vaxtıdır? Bunun ücün nə etmək lazımdır?

Bir sıra sadə addımlar mövcuddur ki, insanı təqibedici “bəs əgər” hissindən azad edə bilər – çətinliyindən asılı olmayaraq istənilən məqsədi kiçik mərhələlərə bölərək həll edilməsi daha asan olan bir vəziyyətə salmaq olar. Əgər siz öz cari karyeranızdan əmin deyilsinizsə, hiss edirsiniz ki bu sizin yol deyil və ya sadəcə olaraq, hazırki işiniz sizi qane etmirsə, onda növbəti 6 addımın öhdəsindən gəlməyə çalışın.

1. Məqsəd müəyyənləşdirin

Son məqsədə çatılması illərinizi ala bilər, amma nədənsə başlamaq lazımdır. Siz bu ilin sonuna hansı məqsədə çatmaq istədiyinizi təyin edə bilərsiniz, bu işləmək istədiyiniz hər hansı bir vəzifə və ya tamamilə başqa bir sahədə karyera qurmaq ola bilər – bu ağlınıza gələn hər şey ola bilər, yetər ki əsas məqsədi müəyyənləşdirin.

2. Maneələri təyin edin.

Sizin məqsədinin əlçatmaz görünə bilər, lakin əlinizi ağdan qaraya vurmadan bir şeyə nail ola bilməyəcəksiniz. Məqsədinizə mane ola biləcək amillərin siyahısını tutun. Bu təhsil, təcrübə, pul, şəxsi həyatda problemlər və bir sıra başqa şeylər də ola bilər. Sadəliyindən asılı olmayaraq bütün çətinlikləri qeyd edin. Onu daha kiçik hissələrə bölün, diqqətlə təhlil edin. Ola bilər ki, hər şey sizin düşündüyünüz qədər çətin deyil.

3. Maneələri addım-addım aradan qaldırın.

Sizi məqsədə çatmaq yolunda gözləyən bütün maneələrdən xəbərdar olsanız, onların öhdəsindən gəlmək daha asan olacaq. Yaxşı planlaşdırılmış məqsəd – artıq işin yarısını həll etmək deməkdir. Qarşılaşa biləcəyinizi fikirləşdiyiniz hər bir problemin həll variantlarını da yazın.

4. Kömək istəyin

Üçüncü addımdan sonra siz öhdəsindən gələ bilməyəcəyiniz hər hansı isə bir problemi aşkar edəcəksiniz. Bu normaldır. Indi siz həmin maneələri seçib, onlar rastınıza çıxanda təlaşa düşməmək üçün əvvəlcədən hazırlaşa bilərsiniz. Bu sualları dərindən təhlil edin, ailəniz, dostlarınız, həmkarlarınız və internetdən yardım istəyin. Bu mərhələdə sizin başlıca məqsədiniz problemlərin və onların həllərinin siyahısını tamamlamaqdır.

5. İşin başlanğıcı və prioritetlər

Beləliklə, sizin məqsədiniz müəyyən olunub. Bu məqsədə nail olmaq üçün atacağınız addımların siyahısı da mövcuddur. Hansı bəndin öhdəsindən daha tez gələ biləcəksiniz? Hansı bəndlər əlavə bilik, kömək və səy tələb edir? Konkret addıma nail olmaqda sizi nələr (məhdudlaşdıra bilər) çərçivəyə sala bilər? Bu mərhələdə sizin bütün bəndlər haqda təsəvvürünüz olmalıdır və prioritetləri təyin edə bilməlisiniz.

6. Bu yolda rastlaşacağınız çətinliklərdən qorxmayın.

Əslində hər şey siz planlaşdırdığınız kimi getməyəcək. Bir sıra amillər öz düzəlişlərini edə bilər. Onların sizi yolunuzdan döndərməsinə icazə verməyin – yeni amillərə uyğun olaraq öz planınıza düzəlişlər edin. Siz əvvəlki kimi yenə də öz məqsədinizə çata bilərsiniz, sadəcə bu daha çox vaxt ala bilər.

Yuxarıda qeyd edilənləri bütün sferalarda tətbiq edə bilərsiniz. Yəqin ki, bunlar sizə abstrakt gələcək, lakin bu həqiqətən də işləyir. Planlaşdırmanın bu üsulu təkcə işlə bağlı olanları deyil, bir çox məsələləri asanlıqla həll etməyə kömək edəcək. Çoxları məqsədin düzgün müəyyənləşdirilməsi və onlara nail olmaqla, uğurla karyeralarını dəyişdi və yaxşı nəticələrə nail oldular.

Read more »

Shaolin rahiblərini həyatinnan bir gün

Read more »

The Link Between Caffeine And Your Mood

coffee-bean-wide-wallpaper-515262

The world is diverse in terms of the jobs people hold, how people travel, and the way they spend their free time. There is no average day for the world’s population, but one of the few things almost everyone has in common is caffeine. Ninety percent of the world’s population uses caffeine in one form or another, and 80 percent of U.S. adults consume caffeine every single day.

Whether it’s coffee, tea, or soda, caffeine is a staple of everyday life. Most consume caffeine for its effects on the body — a coffee in the morning makes us feel more awake and more capable of taking on the day’s challenges. However, caffeine is capable of causing other, subtler changes in us as well, including a few significant effects on mood.

Alertness

Perhaps the most obvious effect of caffeine on one’s mood is the feeling of vigilance that comes with the beverage. Not only does caffeine wake you up, but it helps you accomplish more with your time. Studies have recognized an improved performance on simple tasks. The positive effects of caffeine are most noticeable when alertness is already reduced, but smaller improvements have been noted even in those operating with unimpaired alertness prior to caffeine consumption.

Irritability And Anxiety

Caffeine works by stimulating the central nervous system, an important part of which is the brain. Coffee, or any other caffeinated beverage, works by tricking the brain into releasing dopamine, serotonin. In addition, hormones including adrenaline and norepinephrine are released. It is these hormones that are involved in the body’s “fight or flight” response — useful if you’re in an emergency situation, but not so much if you’re just sitting in the office.

This response is what can cause coffee drinkers to experience irritability, agitation, and anxiety. The burst of alertness you feel after drinking a cup of coffee is followed by these negative mood fluctuations in some people, and the more coffee you drink, the worse they get. One study even found that people drinking an excess of 1,000 milligrams of caffeine a day show nervous symptoms almost “indistinguishable” from anxiety disorder.

Depression

Caffeine appears to be linked to depression and depressive symptoms, but research is a little contradictory as to what exactly it is.

Some studies have identified a positive effect of caffeine on depression. One experiment suggested that the chemical effects of caffeine can prevent brain receptors from responding to stressful situations. This means stressful responses, like a bad mood or depression, don’t manifest as easily in those with caffeine in their systems.

Caffeine could even be fighting depression in the long term — a longitudinal study of almost 800 U.S. women found that those who consumed caffeinated coffee were less likely to become depressed than women who weren’t. The risk of depression decreased with the amount of coffee consumed, with women who drank 4 or more cups per day having the lowest risk for depression.

Most reports of coffee being linked to an increased risk of depression involve an overconsumption of caffeine, meaning an excess of 400 milligrams per day. Drinking this many caffeinated beverages can cause negative effects expanding beyond your mood, including insomnia, an upset stomach, and muscle tremors.

Sources:

Lucas M, Ascherio A, et al. Coffee, Caffeine, And Risk Of Depression Among Women. JAMA. 2011

Winston A, Hardwick E, Jaberi N. Neurosychiatric Effects of Caffeine. BJPsychi Advances. 2005.

Smith, A. Effects of Caffeine on Human Behavior. NCBI. 2002.

 

 

Read more »

Salvador Dali

ZjiGI7i8RK8

– Great psychologists and those could not understand, where the genius comes to an end and madness begins…

Read more »