Archive For The “İş müsahibəsi məsləhətlər” Category

“UĞURLU MÜSAHİBƏ BACARIQLARI” TRENİNQ

12

 

NƏ ÖYRƏNƏCƏKSİNİZ?

 

  • NECƏ İŞ AXTARMALI
  • UĞURLU PREZENTASİYA – İNTERVYU ÜÇÜN ƏSAS BİLİKLƏR
  • İŞ MÜSAHİBƏLƏRİNƏ PROFESSİONAL BAXIŞ
  • ÖZÜNÜ TƏQDİMATA MARAQLI AÇARLAR
  • FEEDBACK – KAFİ QİYMƏTLƏNDİRMƏNİN DƏRSLƏRİ VƏ GƏLƏCƏK İNKİŞAF PLANLARIN QURULMASI
  • DƏYƏRLƏNDİRMƏ
  • CƏLD VƏ YÜKSƏK KEYFİYYƏTLİ ÖYRƏNMƏ TƏCRÜBƏSİ
  • PROSESLƏRİN İŞLƏDİLMƏSİNDƏ BƏLƏDÇİ
  • İŞ MÜSAHİBƏSİ BACARIQLARI.

 

 

BU TRENİNQLƏ:

  • SİZ ÖZ RƏQİBLƏRİNİZİ ASANLIQLA KEÇƏCƏKSİNİZ
  • ÖZÜNÜ DƏYƏRLƏNDİRMƏ VƏ İNKİŞAFA DƏYƏRLİ KONSULTASİYA
  • METODİK MATERİALLAR ƏLDƏ EDƏCƏKSİNİZ
  • UĞURLU MÜSABİQƏ BACARIĞİNA YİYƏLƏNƏCƏKSİNİZ.

 

Təlimçi – Mahru Norton (NESS CO. şirkətində rəhbər, kadrlar üzrə mütəxəssis).

 

 Müddət: 2 GÜN

  Əlaqə nömrələri:

Tel:  (994) 12 492 15 50

Mob: (994) 51 435 94 32

         (994) 50 268 30 96

Read more »

Müsahibədə özünüzü mükəmməl ifadə edin

müsahibə

İş görüşməsi zamanı müsahibələrin stress yaratması, yəqin ki, hər kəsə məlumdur. İşəgötürən tərəf sizdə olan həyəcan və gərginliyi anlayışla qarşılaya bilər amma bu gərginlik həddindən artıq olsa, o zaman onun ağlında xoşagəlməz təsir buraxa bilərsiniz. Bu bir kənara, potensial və peşəkarlığınızı göstərməyiniz də sual altına düşər. Sizə müsahibə zamanı özünüzü ən mükəmməl şəkildə ifadə etməyin sirlərini təqdim edirik:

Oraya hazır şəkildə gedin.
Müsahibəyə getməzdən əvvəl ev tapşırığınızı edin və işin məsuliyyətləri, şirkət və onun mədəniyyətini araşdırın. Oraya işi nə üçün çox istədiyinizi və cədvələ nəyi gətirəcəyinizi bilərək gedin. Dostunuzla və ya güzgüdə öz-özünüzlə müsahibəni məşq edin və mümkün müsahibə mövzularını əhatə edin. Bundan əlavə, müsahibə götürəndən soruşmaq üçün suallar siyahısı hazırlayın.

Əvvəlcədən plan qurun.
Bir neçə gün əvvəl tərcümeyi-halınızın nüsxələrini çıxardın. Müsahibə gününə kimi gözləməyin. Paltarlarınızı hazırlayın və onların ütülü olduğundan əmin olun. Əvvəlki gecə ən azı səkkiz saat yatın. Müsahibə məntəqəsinə gediş marşrutunuzu planlaşdırın və oraya 15-20 dəqiqə əvvəl çatmağa çalışın. Heç vaxt müsahibəyə gecikməyin.

Dinləyin.
Fəal dinləyici olun və sizdən soruşulana cavab verin. Suala cavab vermək xatirinə cavab verməyin və ya soruşulan sualdan tamamilə başqa şeydən danışmayın. Müsahibə götürən danışarkən sözünü kəsməyin. Yadda saxlayın ki, müsahibə ikitərəfli danışıqdır və istintaq deyil. Buna görə də, özünüzə fasilə verin və müsahibə götürəni dinləmək üçün vaxt ayırın.

Müsbət düşünün.
Müsbət düşünün və müsahibə götürənin sizin haqda nə düşündüyünü təxmin etməyə çalışmayın. Müsbət düşünmək sizə rahatlamağa kömək edəcək. Nəticədə siz diqqətinizi öz bacarıqlarınız və nailiyyətləriniz üzərində cəmləyə bilərsiniz. Nə üçün işə ən münasib şəxs olduğunuzu bildirmək üçün güclərinizi göstərin və özünüzlə bağlı önəmli məqamlar barədə düşünün.

Read more »

Müsahibədə özünüzü mükəmməl ifadə edin

Müsahibədə özünüzü mükəmməl ifadə edin

İş görüşməsi zamanı müsahibələrin stress yaratması, yəqin ki, hər kəsə məlumdur. İşəgötürən tərəf sizdə olan həyəcan və gərginliyi anlayışla qarşılaya bilər amma bu gərginlik həddindən artıq olsa, o zaman onun ağlında xoşagəlməz təsir buraxa bilərsiniz. Bu bir kənara, potensial və peşəkarlığınızı göstərməyiniz də sual altına düşər. Sizə müsahibə zamanı özünüzü ən mükəmməl şəkildə ifadə etməyin sirlərini təqdim edirik:

Oraya hazır şəkildə gedin.
Müsahibəyə getməzdən əvvəl ev tapşırığınızı edin və işin məsuliyyətləri, şirkət və onun mədəniyyətini araşdırın. Oraya işi nə üçün çox istədiyinizi və cədvələ nəyi gətirəcəyinizi bilərək gedin. Dostunuzla və ya güzgüdə öz-özünüzlə müsahibəni məşq edin və mümkün müsahibə mövzularını əhatə edin. Bundan əlavə, müsahibə götürəndən soruşmaq üçün suallar siyahısı hazırlayın.

Əvvəlcədən plan qurun.
Bir neçə gün əvvəl tərcümeyi-halınızın nüsxələrini çıxardın. Müsahibə gününə kimi gözləməyin. Paltarlarınızı hazırlayın və onların ütülü olduğundan əmin olun. Əvvəlki gecə ən azı səkkiz saat yatın. Müsahibə məntəqəsinə gediş marşrutunuzu planlaşdırın və oraya 15-20 dəqiqə əvvəl çatmağa çalışın. Heç vaxt müsahibəyə gecikməyin.

Dinləyin.
Fəal dinləyici olun və sizdən soruşulana cavab verin. Suala cavab vermək xatirinə cavab verməyin və ya soruşulan sualdan tamamilə başqa şeydən danışmayın. Müsahibə götürən danışarkən sözünü kəsməyin. Yadda saxlayın ki, müsahibə ikitərəfli danışıqdır və istintaq deyil. Buna görə də, özünüzə fasilə verin və müsahibə götürəni dinləmək üçün vaxt ayırın.

Müsbət düşünün.
Müsbət düşünün və müsahibə götürənin sizin haqda nə düşündüyünü təxmin etməyə çalışmayın. Müsbət düşünmək sizə rahatlamağa kömək edəcək. Nəticədə siz diqqətinizi öz bacarıqlarınız və nailiyyətləriniz üzərində cəmləyə bilərsiniz. Nə üçün işə ən münasib şəxs olduğunuzu bildirmək üçün güclərinizi göstərin və özünüzlə bağlı önəmli məqamlar barədə düşünün.

Read more »

Təcrübənizi Necə Düzgün Nümayiş Edə Bilərsiniz?

Kak-proyti-sobesedovanie

İş təcrübəsi – iş axtaran şəxsin ən vacib keyfiyyətlərindən biridir. İşə götürənlər bu keyfiyyətə maksimum diqqət ayırırlar. Bu səbəbdən də iş axtaran zaman təcrübə ilə bağlı məlumatları rezumedə düzgün şəkildə qeyd etməkdir.
Təcrübəniz sizin üçün işləməlidir. Sadəcə olaraq əvvəlki iş yerinizi qeyd etmək kifayət deyil. Rezümenin bu hissəsi işəgötürənə sahib olduğunuz nailiyyətləri, bacarıqları düzgün şəkildə sərgiləməyə xidmət etməlidir.
Öz iş yolunuzun təsviri maksimum şəkildə konkret olmalıdır. Hər bir iş yerinizə aid, işlədiyiniz zamanı və şirkəti qeyd etmək üçün xüsusi bölmə olmalıdır.

İş yeri
Şirkətin adı tam və abbreviaturasız yazılmalıdır. Ümid etmək lazım deyil ki, bu şirkət hamıya tanışdır. Əgər şirkətin ayrı-ayrı şəhərlər və rayonlarındakı filiallarında işləmisinizsə bu faktı mütləq olaraq qeyd edin.

Vəzifə
İşlədiyiniz vəzifə də öz növbəsində dəqiq olmalıdır. Məsələn, əgər vəzifənizi sadəcə olaraq “menecer” və yaxud “rəhbər” olaraq qeyd etsəniz işəgötürəndə cavabdan çox, sual yaranacaq. Vəzifənizi aydın olaraq – “satış meneceri”, “baş mühasib”, “IT bölməsinin rəhbəri” və s. kimi qeyd edin.

İş müddəti
Mütəxəssislər iş dövrünüzü dəqiqliklə ayına kimi yazmağı məsləhət görür. Bu işəgötürənin sizin iş müddətinizi qiymətləndirmək tapşırığını asanlaşdıracaq. Əlbəttə, işəgötürən bunu müsahibə zamanı da dəqiqləşdirə bilər, lakin axı sizi ilk növbədə ora dəvət etməlidirlər. Məhz rezüme sizin müsahibəyə olan əsas biletinizdir.

Əgər şirkətdə işləyərkən hər hansı vəzifə yüksəlişi və ya mükafata nail olmusunuzsa onu da qeyd etməyi unutmayın.

Read more »

Karyeranızı Qurmaq Üçün 10 Yol

Karyeranızı Qurmaq Üçün 10 Yol

Karyera qurmaq və həyatınızda dəyişikliklər etmək istəyirsiniz? Özünüzü inkişaf etdirmək istəyirsinizmi? ABŞ-ın İnsan Resursları sahəsində tanınmış alimi Qabriel Parkinsonun müəyyən etdiyi aşağıdakı 10 yol sizə kömək edə bilər.

1.İşə özünüzdən başlayın
Özünüzə və həyatınıza obyektiv olaraq baxın. Karyeranızda inkişaf etmək istədiyiniz yola doğru irəliləyə bilirsinizmi? İşləriniz öz yolunda gedirmi? Şəxsi həyatınız və karyeranızla bağlı məsələlərdə gün keçdikcə az da olsa inkişaf varmı? Görəsən sevdiyiniz işləmi məşğulsunuz?

2.Tərcümeyi-halınızı iş həyatınızda dəyərləndirin
Güclü olduğunuz tərəflər və dəyərləriniz nələrdir? İş bacarıqlarınız, ixtisasınız, əlaqələriniz, ətrafınız, imiciniz və uğurlarınızı nəzərdən keçirin.

3.Karyeranız və həyat tərzinizə dair bir plan hazırlayın.
Həyatdan nələr gözləyirsiniz? Bu sahədə kifayət qədər özünüzə inanırsınız? Uzun müddətli planlarınız nələrdir? Həyatda nələrə dəyər veririsiniz? Qarşıdakı 5-10 il ərzində nələr etməyi düşünürsünüz? Karyera, maliyyə, sağlamlıq, mənəvi inkişaf, boş vaxtlarını dəyərləndirmə, əlaqələr, ailə, şəxsi və profisional həyatınızı nəzərdən keçirin. Nə istədiyiniz və nəyə dəyər verdiyiniz mövzusunda səmimi olsanız daha düzgün addımlar ata bilərsiniz.

4.Uğurlarınızı izləyin.
Biliyinizi və bacarığınızı təkmilləşdirəcək yeni fürsətlər axtarın. Bütün uğurlarınızı, performansınızdakı yüksəlişi, iştirak etdiyiniz tədbir və konfransların qeydlərini yazaraq izləyin.

5.Hər şeyin yolunda getməsi üçün çalışın
Hissi və fiziki bütün sahələrdə tam rahatlanın.Keçmişdə baş verən xətalardan dərs götürərək bugünü yaşayın.Ehtiyacınız olmayan və ya sevmədiyiniz şeyləri həyatınızdan çıxarın.Həyatınızın bütün sahələrində mümkün olduğu qədər hər şeyi sadələşdirməyə çalışın.

6.Hörmət etdiyiniz və heyranı olduğunuz insanların həyatlarını özünüzə nümunə götürə bilərsiniz.
Şəxsi həyatında və karyerasında müvəffəqiyyət qazanmış insanlardan öyrənə biləcək çox şeylər ola bilər.Əlaqə qura biləcəyiniz nümunə götürüləcək şəxs və ya yol göstərən birini tapın.

7.Yeni imkanlara və fürsətlərə açıq olun.
Yeni ehtimallara hər zaman açıq olun.Yeni məlumat, qaynaq və təcrübələrdən hər zaman yararlanın.

8.İstehsalçı olun, hərəkətə keçin.
Karyeranız və həyatınızla bağlı nə etmək istədiyiniz mövzsunda əminsinizsə, hərəkətə keçə bilərsiniz. Bütün imkanlarınızı nəzərdən keçirin, gəzin dolaşın, yeni insanlarla tanış olun, yeni mənbələr araşdırın.

9.Şüurlu şəkildə ətraf toplayın
Tanıdığınız şəxslərlə əlaqə qurun və eyni zamanda yeni insanlarla tanış olaraq mühitinizi böyütməyə çalışın. Maraq dairənizə və özünüzü inkişaf etdirmək istədiyiniz sahələrə diqqət edin və bu sahələrdə müəyyən uğur qazanmış insanlara çatmaq üçün yollar axtarın.

10.Özünüzə inanın.
Fərasətli olun və içinizdən gələn səsə qulaq asın. Özünüzə inanın.Onda nə etməli olduğunuzu biləcəksiniz.

Read more »

Bizə Uyğun İş Necə Tapmalı

iş

Özümüzə uyğun işi necə tapa bilərik ? Bunun ücün məqaləmizdə olan bəzi qaydalara riayət etmək lazımdır.
Bu gün siz bir neçə müsahibədə iştirak edirsiniz (və uyğun heç nə olmasın), sabah isə “boş gün” əmələ gəlsin. Əgər hər hansı bir mühüm məşğuliyyət yoxdursa mütləq iş axtarmaqla bağlı ən azı bir tədbir planlaşdırın.

Məsələn, İş elanı ilə bağlı hər hansı bir telefon zəngi, və ya internet saytlarında axtarış, Rezumenizin hazırlanması və təkmilləşdirilməsi. CV-nin hazırlanma qaydası burada daha ətraflı təsvir olunur, sadəcə qeyd etmək istərdik ki çalışın orada orfoqrafik və qrammatik səhvlərə yol verilməsin, başa düşülməyən ixtisarlar və ya lüzumsus olaraq mürəkkəb, uzun-uzadı cümlələr yer almasın – siz memuar yazmırsınız. Unutmayın ki, Rezume-nin əsas məqsədi sizin şəxsiyyətinizə diqqəti cəlb etmək və bununla müsahibəyə dəvəti almaqdır. Sizin vəzifəsiniz müsbət təsir bağışlamaqdır.

Mütəxəssislər işaxtarma prosesini dənizə tor atma ilə müqayisə edir:- nə qədər suyun üzü geniş əhatə olunsa bir o qədər çox ovlamaq şansı əmələ gələcək. Axtarışın səmərəliliyi işə salınmış kanalların sayından asılıdır. Vasitə və alətlər hər il dəyişməz olaraq qalır:- yaxın dost – tanış, kadr agentlikləri, İnternet, vakansiya yarmarkaları, qəzet elanları. Dəyişən yalnız namizədlərin bu və ya digər məlumat ötürücüsünə çıxış imkanlarıdır.

Bəzən hər hansı bir işə sizin namizəd kimi dəvət etməkdən əvvəl telefonla qısa söhbət də ola bilər. Bu halda təklif olunan işlə bağlı müəyyən məlumat verilə bilər və siz onun müsbət və mənfi tərəflərini təhlil etməlisiniz ki, lüzumsuz yerə vaxt və enerji itkisinə yol verməyəsiniz.
Çünki, əqər təklif olunan işdə sizi qane etməyən məqamların sayı çoxdursa (əmək haqqı, iş qrafiki, yerləşmə ərazisi və s.) və bu qədər itki sizin xeyrinizə olmayacaqsa, bu halda nəzakətlə sizi müsahibəyə dəvət edən şəxsə təşəkkür etməyi unutmayın – nə bilmək olar həyatda nə ola bilər.
Sizin iş axtarmağınızın uğurlu olması və uzun vaxt aparmaması üçün gündəlik fəaliyyət planı tərtib edin və ona riayət etməyə çalışın.

Yaxşı işçini müəyyən edən kriteriyalar:
Edə bilər. Namizəd göstərilən işi müvəffəqiyyətlə yerinə yetirə bilər. Bunlara onun təhsili, biliyi, təcrübəsi, sağlamlığı, psixoloji keyfiyyətləri, ailə vəziyyəti və b. uyğundur.
İstəyir. Göstərilən işə obyektiv və subyektiv maraqlıdır.
İdarə olunandır. Namizəd deyilənlərin mahiyyətini və təfərrüatını yaxşı başa düşür. Öz nitqini idarə edir. Özünə tənqidi yanaşır, öz səhvlərini dərk edir və onlardan faydalı təcrübə əldə edir. Stressli vəziyyətdə soyuqqanlılığını saxlayır, aqressiv olmur.
Uyğunlaşa biləndir. Namizəd xeyirxahdır, ətrafındakılarla asanlıqla ünsiyyət qurur və ünsiyyət qurmaq texnikasına malikdir. Namizədə xas olan davranış və iş modeli əsasən kollektivdə qəbul olunmuş normalara uyğundur.
Təhlükəsizdir. Namizəd işəgötürənə qarşı (loyalen), açıqdır ancaq söhbətçil deyil, aldatmağa və satqınçılığa meylli deyil.

İş axtarma haqqında məsləhətlər
Özünüz üçün iş axtarışının kriteriyalarını dəqiq təyin edin. Yalnız məqsədlərinizə tam uyğun gələn vakansiyaları seçin. Digər namizədlərlə bərabər olaraq rəqibliyinizin önəmli potensiallığını tam layiqli qiymət verilməsinə diqqət yetirin.

Dostlar və tanışlar
Gənc tələbə və ya məzun iş axtardığı barədə məlumatı ilk öncə dostlar və tanışlara çatdırmalıdır. Belə görünə bilər ki, bu ən rahat və etibarlı üsuldur. Lakin, müasir zamanda ixtisaslaşma və peşəkarlıq üstünlük verildiyindən karyeranı bunun üzərində qurmaq həmişə mümkün olmur. İstənilən halda CV-ni yazmaq və müsahibədən keçmək lazım gələcək. Digər tərəfdən, idarələrin kadr şöbələrində olan informasiya çoxluğu və şəxsi zəmanətin əhəmiyyətli dərəcədə məsuliyyətli olduğundan bu şansdan da faydalanmaq məsləhətdir.

Kadr agentlikləri və İşədüzəltmə şirkətləri ilə əməkdaşlıq hansı hallarda əlverişlidir?
İri şirkətlərdə geniş iş təcrübəsinə malik olan şəxslərə işə düzəltmə şirkətləri tərəfindən iş tapmaq daha asan olur. Onlara sadəcə elektron poçt vasitəsilə müraciət etmələri məqsədəuyğun hesab olunur. Uyğun gələn vakansiya olduqda işədüzəltmə agentləri dərhal özləri sizə müraciət edəcəklər. Belə əməkdaşlıq daha çox uğurlu nəticələr verir. İşədüzəltmə şirkətləri tərəfindən iş tapan şəxslər həmin agentlərə öz təşəkkürlərini bildirirlər. İri işədüzəltmə şirkətləri mövcud olan stabil və iri şirkətlərlə əməkdaşlıq edirlər ki, perspektivli vakansiyaları onlardan almaq ehtimalını çoxaltsınlar. Həmin agentliklərdən imtina edərək, siz mühüm vakansiyalardan xəbərdar olmamaq riskini artırmış olursunuz.

Hansı şirkəti seçmək lazımdır — yerli yaxud xarici?
Xarici şirkət menecerə malın satış strategiyası üzrə yeni biliklər verir. Yerli şirkət isə, menecerini vadar edir ki, özü bu strategiyanı qursun və satış sistemində özü qərar versin. Bununla bərabər insanların və layihələrin idarəolunmasından təcrübə qazanaraq, həmçinin karyera quruluşundan biznes məsələlərinin həllində iştirak edərək, yüskək peşəkarlıq səviyyəli idarəedən mütəxəssis pilləsinə qalxmağa zəmin yaranır. Bütün çətinliklərə müqavimət göstərmək və kritik məqamlarda özünü itirməmək kimi biznes keyfiyyətlərinin əldə olunmasına şərait yaradır. Ekspertlər qeyd edirlər ki, xarici mütəxəssislərin yerli şirkətlərə miqrasiyası praktiki olaraq sıfıra bərabərdir. Lakin əks istiqamətdə axın daha da çoxalır.

İş axtarışının qaydaları
Sadəcə telefon qarşısında zəng gözləyərək yaxşı iş tapmaq olmur. Şirkətlər bir çox oxşar tərcümeyi – halları qəbul edir, lakin hamısına nəzər sala bilmirlər. Şirkətin işə qəbul prossesində məsul əməkdaşı ilə şəxsi əlaqə yaratmaq – bu iş axtarışının əsas amilidir. Buna görə, ən yaxşı üsul – tərcümeyi – halı göndərib və zəng etmək.
Əksər vakansiyalar reklam olunmurlar. İnternet saytlarındakı və qəzetlərindəki vakansiya elanlarına nəzər salmaq sizin iş axtarışı prossesinin bir qismi olmalıdır. Sizi maraqlandıran şirkətlərə tərcümeyi – halınızı göndərərək mütəmadi olaraq həmin şirkətlərə zəng etməlisiniz. Bu halda iş tapmaq şansını artırmış olursuz.
İş axtarışı tərcümeyi – halın kütləvi göndərilməsi ilə çərçivələnməməlidir. Əsas güc ona yönəlməlidir ki, özünüzə perspektivli hesab etdiyiniz şirkətlərlə mütəmadi olaraq əlaqə saxlanılmalıdır.

Kütləvi İnformasiya Vasitələri
Vakant iş yerləri haqqında elanlarla zəngin olan qəzetlər ilk növbədə rahatlığı ilə seçilirlər, maraqlı məlumatı rəngli qələmlə işarələmək mümkündür. Belə qəzetlərin əksəriyyətinin internet səhifələri də var və bu halda evdən çıxıb xüsusi olaraq bu qəzetləri almağın mənası olmur. Bu qəzetlər – “Birja”, “Birja+”, “SuperMarket”, ixtisaslaşmış iş elanları ilə bərabər digər kateqoriyadan olan elanları (alqı-satqı, kirayə, xidmətlər və s.) da dərc edirlər.

Universitetlər Nəzdində Karyera Mərkəzləri
Məzun və tələbələr üçün məşğulluq xidməti əksər Universitet və Ali Təhsil Müəssisələri nəzdində fəaliyyət göstərirlər. Müxtəlif kadr agentliklərin təklif etdikləri çoxsaylı vakansiya elanlarına baş vurmadan öncə doğma təhsil ocağının təklifləri ilə tanış olmağa dəyər. Çünki bu halda sizə geniş məlumat veriləcək. Adətən belə təkliflər “kənar şəxslər” üçün nəzərdə tutulmur. Bu halda sizin ən qısa yolla uğurlu iş tapmaq şansınız 50/50 nisbətdə hesablanacaq. Bəzi Kareyra Mərkəzləri digər Universitet tələbə və məzunları üçün də məlumatları açıqdır. Azərbaycan Universitetləri Nəzdində Karyera Mərkəzlərinin siyahısı əlavə olunur.

Bir başa müraciət
Əgər siz bir – başa şirkət, idarə, dövlət qurumlarına iş axtarışı ilə bağlı müraciət etmək qərarına gəlmisinizsə onda siz araşdırmalısınız ki, bu qurumlar tələbə və ya məzunlara maraq göstərirlər, ya yox.

Aldanma…
Bəzi şirkətlərin cəlbedici iş elanları arxasında sadəcə fırıldaq mexanizmləri quraraq namizədlərə gənclərə anket doldurmaq təklif edirlər – təbii ki, müəyyən pul müqabilində (10-50 AZN). Onlar hətta rəsmi qeydiyyatdan keçən şirkət olsalar belə insanların sadəlövlüyündən yararlanmaq kimi çirkin niyyətlər güdürlər. Öz Rezumenizi şəxsi elektron poçt və şəxsi kompyuterinizdən göndərməyiniz məsləhətdir ki, kənar şəxslərin əlinə keçməsin. Yeni iş tapandan sonra da internetdən öz Rezumenizi götürməyi unutmayın ki, narahat eləməsinlər.

İş axtaran üçün mühüm qeydlər:
Dini, irqi və cinsi fərq qoymadan bütün işə götürənlərə eyni rəğbət bəsləməlidir;
İşəgötürənə özü haqda doğru olmayan informasiyanı verməmək;
İşəgötürən tərəfindən alınmış informasiyanın konfedisseallığını qorumaq, bunu işəgötürənin professional və şəxsi mənafeyinə zərər vurmadan istifadə etmək;
İşəgötürənin professional və şəxsi keyfiyyətlərinin öyrənilməsi metodlarından müvafiq qaydada istifadə etmək;
İşədüzəlmə prossesinin bütün etaplarında işəgötürənlə daima kontaktda olmaq

İlk növbədə aydınlıq gətirilməlidir:- sən kimsən?, sənin maraqların nədir?, hansı dəyərlərin daşıyıcısısan?.
Ən effektli başlanğıc üsulu təcrübə keçmə (stajirovka) hesab olunur – bu sizə lazım olan əlaqələrin qurulması, praktiki iş təcrübəsi qazandıra bilər.
Səviyyəli Rezume hazırlamağın qayğısına qalın və sonra onu şirkət və kadr agentliklərinə göndərin.
Təcrübə keçmə zamanı əmək kollektivi ilə tanış olmaqda təşəbbüskar olun ki kənarda qalmayasanız
Kollektivdə qalmaq üçün qətiyyətlə qeyri – ənənəvi qərarlar qəbul edin ki, yaradıcı yanaşma və zəka sahibi olduğunuz gözə dəysin.
Əsas odur ki, iş prosesi zamanı əmək haqqı və statusdan daha çox sizi perspektivdə məqsədə çatmaq üçün meydan əldə edəsiniz
Digər insanlarıla təmas qurmağı, onların emosional vəziyyətini və reaksiyalarını öyrənməyi bacarın.

Read more »

Preparing for an interview

The key to a successful interview is preparation. Researching the company, understanding the role and offering polished responses shows initiative, enthusiasm and a keen interest in the job. Use the interview tips below to impress your potential employer during that vital first meeting.

Research The Company

Researching the company will help you to better understand where your role fits and your knowledge will boost your credibility with the interviewer. The company website, annual report, newsletters, and media releases can provide you with valuable information on the company’s key products and services, target markets, recent events, structure, culture and future direction.

Your interview preparation should also include reading trade publications and newspaper/magazine articles. These will give you an insight into the company’s reputation, major competitors and wider industry challenges.

Review Role Details

Carefully examine all the information you have about the role, including the job advertisement and position description. This information is useful for anticipating what you are likely to be asked, so that you can prepare relevant responses beforehand. To set you apart from other candidates, you can also use this information to form intelligent questions to ask at the conclusion of the interview.

Practise Your Responses

Rehearsing answers to the questions you are likely to be asked is the most critical step in interview preparation. For each potential question, identify practical examples that show how you responded to the task/situation and specify the positive outcome. Rehearse your responses with a friend to gain feedback on whether you are matching your skills, experience and personal attributes to the requirements of the job in a coherent and succinct way.

Know Your Strengths

The key to presenting yourself in the best possible light is to know your key strengths and be able to communicate them confidently and convincingly. The interview is your opportunity to ‘sell’ yourself, so be sure to have prepared concrete examples of what makes you special. Revise the key achievements from your resume so they are top of mind when responding to questions, and use them to demonstrate how you can meet the needs of the employer better than any other applicant.

Read more »

5 ways to handle interview nerves

Most people experience a degree of nervousness before and during a job interview. Nerves are a natural response to an important event, and simply indicate that you care about the role on offer. Accept that these feelings are natural and follow these tips to stay relaxed in the interview:

Visualise Success

Top performers in all walks of life use visualisation techniques to overcome nervousness. Visualisation simply involves running through the interview in your mind ahead of the event. Picture yourself entering the room feeling calm and in control. Imagine answering questions with confidence and poise, building a good rapport with the interviewers and leaving the room feeling happy with your performance. Focusing on the best-case scenario will help you to keep your composure in the lead-up to the interview.

Practise Your Responses

Interview nerves are often caused by a fear of the unknown, or concern that you are going to freeze or say the wrong thing. Rehearsing answers to common interview questions will help you to feel more comfortable and confident in your ability to provide coherent, succinct responses on the day. Try practising your answers out loud with a friend to gain feedback on your delivery.

Be Prepared

Taking the time to prepare for your interview will help you to stay relaxed. Confirm the name and contact number of your interviewer, the time you should arrive and what you plan to wear. Ensure you have all relevant documents on hand, including your CV and examples of past work. Give yourself plenty of travel time incase you are delayed. This will also give you the opportunity to gather your composure prior to the interview.

Take Your Time

When feeling nervous at an interview, you may be tempted to rush into your responses or even forget the original question. Take a few seconds to consider what it is you’re being asked, breathe deeply, then focus on articulating your answer slowly and clearly. If you forget the question that was asked, avoid delivering an answer that you hope might be correct. Instead, keep calm and ask the interviewer if they feel you have covered their key points.

Think Positively

Changing the way you think about an interview can have a huge impact on the amount of pressure you feel. Rather than thinking you are being judged, try viewing the interview as a challenge to overcome. Remind yourself of past successes and concentrate on the strengths you could bring to the role. Avoid putting expectations on yourself to give perfect answers, or thinking about things over which you have no control, such as the competition. Instead, focus your energy on simply giving the best interview you can.

Read more »