Keçmişdə işə yaramış strategiya və taktikalar artıq aktuallığını itirdi. Liderlər yeni bacarıqlar yaratmaq, daha da güclənmək və potensiallarını qüsursuz şəkildə ortaya çıxarmağa məcburdurlar. Şirkətlər menecerlərinin liderlik bacarıqlarına səmərəli yatırımlar etmək vəziyyətindədirlər; çünkü bu bacarıqlar şirkətin gələcəkdəki uğurları baxımından kritik əhəmiyyət daşıyır. Artıq Lider Koç, həm idarə edir, həm liderlik edir, həm də koçlukla komanda üzvlərinin məsuliyyət götürmələrini təmin edir.
Rəqabətin artması və müştərinin pul xərcləyəcəyi ticarət mərkəzlərin çoxalması müştəri tapmağıçətinləşdirmişdir. Satış sözünün insanlar tərəfindən qəbul edilən mənası, şəxslərin ehtiyaclarını qarşılamaq üçün aldıqları mal və xidmətlərə müəyyən bir məbləğ ödəməsidir. NLP ilə Satış və Liderlik Proqramı iştirakçılara çox şey verir. Bu təlimdə, satışdan əvvəl, satış zamanı və satışdan sonra edilməsi lazım olanlar dinləyicilərə təfərrüatı ilə izah edilir və onlar satış sənətinin incəliklərini mənimsəyirlər.
NLP (Neyro Linqvistik Proqramlaşdırma), beynin imkanlarını öyrənməklə yanaşı ondan səmərəli istifadəni dətəmin edən elm və sənətdir. Həm satışı, həm də liderliyi özündə birləşdirən NLP ilə Satış və Liderlik Proqramı çox effektivdir, hipnotik təsirə malikdir və mütləq fərq yaradır.
Gostərilmiş NLP kursları hamıya dəyərli biliklər verər və gələcək inkişaf modelinin formalaşmasında yardımçıolar:
1.Fərdi və Koorporativ koçluq
2.Satış Koçluğu
3.Menecer koçluğu
4.Motivasiya koçluğu
5.Münasibətlər koçluğu
6.Şagird-tələbə koçluğu