NLP ilə SATIŞ və LİDERLİK PROQRAMI
NLP ilə Satış və Liderlik proqramı iş dünyası üçün xüsusi hazırlanmış təlim proqramıdır. Bu proqram yalnız liderlik və satış bacarıqlarını özündə birləşdirmir, eyni zamanda təşkilatın antistress, motivasiya, təşkilatdaxili ünsiyyət, zamanın idarə olunması kimi problemlərin də aradan qaldırılmasını da hədəfə alan güclü bir proqramdır.
Keçmişdə işə yaramış strategiya və taktikalar artıq aktuallığını itirdi. Liderlər yeni bacarıqlar yaratmaq, daha da güclənmək və potensiallarını qüsursuz şəkildə ortaya çıxarmağa məcburdurlar. Şirkətlər menecerlərinin liderlik bacarıqlarına səmərəli yatırımlar etmək vəziyyətindədirlər; çünkü bu bacarıqlar şirkətin gələcəkdəki uğurları baxımından kritik əhəmiyyət daşıyır. Artıq Lider Koç, həm idarə edir, həm liderlik edir, həm də koçlukla komanda üzvlərinin məsuliyyət götürmələrini təmin edir.
Rəqabətin artması və müştərinin pul xərcləyəcəyi ticarət mərkəzlərin çoxalması müştəri tapmağı çətinləşdirmişdir. Satış sözünün insanlar tərəfindən qəbul edilən mənası, şəxslərin ehtiyaclarını qarşılamaq üçün aldıqları mal və xidmətlərə müəyyən bir məbləğ ödəməsidir. NLP ilə Satış və Liderlik Proqramı iştirakçılara çox şey verir. Bu təlimdə, satışdan əvvəl, satış zamanı və satışdan sonra edilməsi lazım olanlar dinləyicilərə təfərrüatı ilə izah edilir və onlar satış sənətinin incəliklərini mənimsəyirlər.
NLP (Neyro Linqvistik Proqramlaşdırma), beynin imkanlarını öyrənməklə yanaşı ondan səmərəli istifadəni də təmin edən elm və sənətdir. Həm satışı, həm də liderliyi özündə birləşdirən NLP ilə Satış və Liderlik Proqramı çox effektivdir, hipnotik təsirə malikdir və mütləq fərq yaradır.
NLP ilə Satış və Liderlik Proqramı məhsula deyil, müştəriyə yönəlmişdir. Bunun mənası – “müştəri kraldır” deməkdir. Müştəriyə yönəlmiş bir strategiyada müştəri ilə üzbəüz olan satıcının müştəri ilə rəftarı çox vacibdir. Mağazanın satış həcminin yüksək və ya aşağı olmasında əsas rol satıcıya aiddir. Müştəri bir şey alarkən, ona göstərilən davranış şəklinə görə təkrarən eyni mağazadan alver edib-etməyəcəyinə qərar verir. O, onunla xoş davranılmayan bir mağazaya əsla təkrar gəlməyəcəkdir.
Müştərinin nə istədiyini dərhal anlaya bilən və necə müştəri olduğunu görərək ona uyğun satış strategiyası tətbiq edən bir satıcı, işlədiyi mağazanın müştəri sayının və uğur göstəricisinin artmasında ən vacib faktor olacaqdır.
Əgər bu peşədə uğur qazanmaq istəyirsinizsə, əvvəlcə necə satmanız və müştəriyə satış zamanı necə təsir etməniz lazım olduğunu çox yaxşı öyrənməlisiniz. İstər davranışlarınızla istərsə satış üsulları sahəsindəki ustalığınızla müştərini şirkətinizin daimi müştərisi edə bilərsiniz. Əgər sata bilmirsinizsə, problem məhsulda deyil, sizdədir!
Satış sözünün insanlar tərəfindən qəbul edilən mənası, şəxslərin ehtiyaclarını qarşılamaq üçün aldıqları mal və xidmətlərə müəyyən bir məbləğ ödəməsidir. İnsanların aldıqları satış dərsləri onlara çox şey verir. Satış dərslərində, satışdan əvvəl, satış zamanı və satışdan sonra edilməsi lazım olanlar dinləyicilərə təfərrüatı ilə izah edilər və onlar satış sənətinin incəliklərini mənimsəyirlər.
1-ci gün
Liderlik və Menecmentin fərqləri
Sistem Düşüncəsi
Vizion və Missiya
Məntiq Səviyyələri
Beyin prinsipi
NLP prinsipləri
Öyrənmə Mərhələləri
Həqiqət xəritəsi
Ünsiyyət modeli
Qavrama Filterləri
Zehin, dil və davranış əlaqəsi
Müddəti: 8 saat
2-ci gün
Yaradıcı ünsiyyət
Uğur modeli
İnanclar
Paradiqma və qavrama mövqeləri
Ehtiyaclar
Antistress çalışması
Meta Model
Doğru sual vermə üsulları və güclü suallar
10 əsas razısalma texnikası
Nitqimizdəki ilkin hökmlər
Hipnotik dil qəlibləri
Müddəti: 8 saat
3 gün
Təmsil sistemlərindən istifadə
Həssaslıq və kalibrasiya bacarıqları
Dinləmə səviyyələri
Emossional intellekt
Duyğularla işləmək
Göz siqnalları
Motivasiya Strategiyalari
Gizli idarəetmə
Məcazlar
Etirazları dəf etmə
Müddəti: 8 saat
4 gün
Şərtləndirmələr və öyrənilmiş çarəsizlik
Bütövlük
Bədən dili
Məkan və məsafə faktorlarının əhəmiyyəti
Eyniləşmə, aynalama və bələdçilik texnikaları
Dil çərçivələri
Davranış qəlibləri:
-Müxtəliflik qəlibi
-Maraq qəlibi
-Bilik qəlibi
-Qiymətləndirmə qəlibi
-Qərar qəlibi
-Motivasiya qəlibi
-İmpuls qəlibi
-Tədbir qəlibi
-Təşkilati qəlib
Müddəti: 8 saat
Təqdim edir:
Babək Bayramov
www.babekbayramov.com
Business Trainer,
NLP Master Trainer,
Master Certified Coach