Müxtəlif çeşidli Şirkətlərə hərtərəfli peşəkar işədüzəltmə xidmətləri. Bizim biznes bazarı və yerli əmək bazarında hərtərəfli və yeni biliklərimiz var. İşimiz boyunca biz işçinin münasibəti və təşkilata uyğunluluğuna təsir edən əsas yerli rəyləri və mədəni dəyərləri tam olaraq nəzərə alırıq. Biz region üçün dəyişməkdə olan İQ tələbləri üçün real həll yolları təklif edirik.
Bizim müştəri və potensial namizədlərdən daxil olan sorğularla nəzakətlə və peşəkarcasına davranan təşəbbüskar, sadiq və üç dildə danışan İşədüzəltmə və İQ komandamız var. Bizim inzibati sistemimiz səmərəli və effektivdir və bizim müştəri xidmətlərimiz eyni zamanda həm müştəri, həm də namizədlər üçün nəzərdə tutulur.
- Müqavilə üzrə işə qəbul - Hərtərəfli beynəlxalq layihənin işçi heyyəti planının bir hissəsi kimi həm xarici, həm də yerli insan qaynaqları sahəsində ixtisaslaşmış Müqavilə üzrə İşçi heyyəti cəlb olunur
- Müqavilə və Daimi İşçi heyyətinin İşlə təmin olunması
- Müştərinin işçi qüvvəsi ilə birbaşa əmək münasibətləri
- Tam inzibati dəstək ilə subpodrat statuslu işədüzəltə münasibətləri
- Qlobal İşədüzəltmə, Yerli İşçi qüvvəsindən istifadə və Təyinat Dəstək Xidmətləri
- Rəhbər əməkdaşların axtarışı
- Məzun proqramına dəstək