HR Services

 

İnsan Resursları Departamenti istənilən ən kiçik biznesdə belə işçilərin rifahında mühüm rol oynayır. Bu departamentin səlahiyyətlərinə əmək haqqının hesablanması, imtiyazların verilməsi, işəgötürmə, işdən azad etmə və əmək şəraitinin Əmək Məcəlləsinə uyğunluğu məsələləri daxildir.

 

Bu məsələlərdə istənilən qarışıqlıq sizin biznesiniz üçün hüquqi xarakter daşıyan ciddi problemlərə səbəb ola bilər, həmçinin işçi kollektivinin ciddi narazılığına gətirib çıxara bilər. Lakin bir çox hallarda kiçik müəssisələrin, insan resurslarının idarə olunması ilə bağlı incə detalları lazımi şəkildə idarə etmək üçün kifayət qədər kadrları və vəsaiti olmur. Bu səbəbdən, getdikcə daha çox kiçik şirkət, özlərinin insan resursları ilə bağlı tələbatlarını ödəmək üçün autsorsinqdən istifadə etməyə başlayır.

 

Hal-hazırda autsorsinq sahəsi əmək haqqının hesablanması və işçilərə imtiyazların verilməsinin nizamlanması ilə məhdudlaşmır. Hansı HR funksiyalarının ləğv oluna biləcəyi, hansıların isə autsorsinq vasitəsilə yerinə yetiriləcəyi ilə bağlı qərar qəbul etmək çətin ola bilər. Sifarişçi üçün nəzərdə tutulmuş bu təlimat vəsaiti sizə bu prosesləri anlamaqda yardımçı olar.

 

NESS CO vasitəsilə HR autsorsinqi nədir?

 

NESS CO autsorsinq xidmətləri şirkətinin kadrların idarə olunması üzrə planı mövcuddur. Terminlər adətən geniş mənada istifadə olunduğu üçün, ən önəmli olan məsələ, barəsində məlumat topladığınız autsorsinq şirkətinin hansı xidmətləri hansı şərtlərlə təklif etdiyini dəqiqləşdirməkdir. Xüsusən də, əgər söhbət işçinin hüquqi məsuliyyətindən gedirsə.

 

İşə qəbul üzrə peşəkar təşkilat şirkətinizin insan resurslarının idarə olunması üzrə tam məsuliyyəti öz üzərinə götürür. Bu təşkilat, sizinlə bərabər, şirkətinizin işçiləri üçün işəgötürən statusu alır, və işə qəbul, işdən azad olunma və işçilərinizin qazancı məsələlərində son qərar vermək hüququ daxil olmaqla, işçiləriniz üzərində tam məsuliyyəti öz üzərinə götürür. NESS CO və iş adamı (biznes sahibi) tərəfdaş olurlar, və əslində həm kadrların idarə olunması ilə bağlı, habelə müəssisənin digər fəaliyyətləri ilə bağlı tərəfləri birgə idarə edirlər. Əslinə qalanda, işçilərin hüquqi məsuliyyətinə gəldikdə, biz sadəcə işə qəbul üzrə agentlik rolunu yerinə yetiririk.

 

Biznes proseslərinin autsorsinqi (BPA) sadəcə HR sahəsini deyil, bütün işgüzar fəaliyyət növlərini əhatə edən geniş bir məfhumdur. BPA-ın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, yeni texnologiyaların, yaxud da, köhnə texnologiyaların yeni bir formada tətbiqini nəzərdə tutur ki, bunun da məqsədi prosesi təkmilləşdirməkdir. Məsələn, insan resurlsarı sahəsində BPA şirkətin HR sistemini müstəqil giriş və kadrların idarə olunması ilə bağlı məlumatların məlumat bazasında toplanması kimi yeni texnologiyalarla təmin etməlidir.

NESS CO xidmətləri aşağıdakı tərkib hissələrdən ibarətdir: 

 

  • Əmək haqqının hesablanmasının idarə olunması, həmçinin istehsalat yoxlamaları, vergilərlə bağlı məlumatların işlənməsi, xəstəlik bülleteni və məzuniyyətlər.
  • İmtiyazlar: Sağlamlıq məsələləri, tibbi sığorta və həyat sığortası, və s.
  • Kadr menecmenti: İşə qəbul, işə götürmə, işdən azad etmə, ilkin və son müsahibələr, əmək haqqlarının nəzərdən keçirilməsi.
  • Risklərin idarə edilməsi: Təzminatlar, mübahisələrin həlli, təhlükəsizlik yoxlamaları, ofisdaxili siyasət və müavinətlər.

 

Xidmətlərin tam spektri yuxarıda sadalanan xidmətlərin hamısını, həmçinin, bəzi əlavə xidmətləri, o cümlədən, çağırış məsləhətçiləri xidmətini ehtiva edir. Bu məsləhətçilər təlim keçmək və hətta mübahisələri həll etmək üçün çağırıla bilər.

Zəhmət olmasa, autsorsinq proqramına çəkilən xərclərlə şirkətdaxili kadrlar üzrə personalın əmək haqqları və digər əlaqədar xərcləri müqayisə edin. Nə qədər qənaət edə biləcəyinizi, həmçinin problemlərinizin sayını azalda biləcəyinizi görəcəksiniz.

 

Sizin biznesiniz hüquq-müdafiə orqanları ilə şəxsən ünsiyyətdə olmaq üçün vaxt tapmağa imkan verir? Bir çox müəssisələrin kadr xidmətləri üzrə şirkətlərə müraciət etmələrinin əsas səbəblərindən biri, bu problemlərlə qarşı qarşıya gəlmək üçün kifayət qədər vaxt və təcrübənin olmamasıdır. Əgər siz bizimlə əməkdaşlığı seçsəniz, işçiləriniz üzərində hüquqi məsuliyyəti bizim üzərimizə qoya bilərsiniz.

Sizin həmçinin maliyyə vəsaiti qənaət etmək imkanınız da var. Bizimlə aşağı qiymətlərə ümid edə bilərsiniz, çünki biz xidmət təminatçıları ilə uzun müddət çalışdığımıza görə,onlar xidmətləri bizə endirimlə göstərirlər.