KİS-in həyata keçirilməsi

 

NESS CO olaraq biz hesab edirik ki, keyfiyyətin idarə olunması sistemi və onun standartları üzərində aparılan sertifikatlaşdırılma həqiqətən önəmlidir, və gələcəkdə şirkətinizə mənfəət gətirəcək.

 

Bizim müştərilərimizə həyata keçirilməsində kömək etdiyimiz keyfiyyətin idarə olunması sistemləri müştərilərimizin tələbatlarına və sertifikasiya tələblərinə uyğun olmaqla yanaşı, həm də aşağıdakı üstünlüklərə malikdirlər:

 

  • Müştərilər tərəfindən etibarın və müştərilərin məmnuniyyətinin artırılması
  • Effektivliyin qalxması və məhsuldarlığın artması
  • Səhvlərin və yenidən görülməli olan işlərin azalması nəticəsində xərclərin azalması
  • Şirkətinizin profili və nüfuzuna müsbət təsir.
  • İşçilərin motivasiyasının artması

 

Biz KİS-in tətbiqi ilə bağlı üstünlüklərlə yanaşı, çətinlikləri də anlayırıq.

 

Şirkətimiz İSO 9001 üzrə qeydiyyatdan keçmişdir və bizim yüksək kvalifikasiyalı işçi heyətimiz çox sayda yerli və beynəlxalq şirkətə effektiv KİS-lər quraşdıraraq, İS 9001 standartı kimi standartlara uyğun olaraq, sertifikatlaşdırılmağa yardımçı olub.

QMS-Stanards

Məsləhətçilərimiz bütün proses boyu sizi müşahidə edir, və keyfiyyətimizin idarə olunması üzrə xidmətlərimiz aşağıdakılardır:

 

  • Rəsmi KİS-in hazırlanması və həyata keçirilməsi
  • KİSlə beynəlxalq standartların tələbləri arasında fərqin müəyyən edilməsi
  • Keyfiyyətlə bağlı məqsəd və tapşırıqların qoyulması
  •  Prosesin kartlaşdırılması
  • İlkin qiymətləndirmə və daxili audit
  • Müştərilərin məmnuniyyətinin qiymətləndirilməsi

 

Biz iqtisadiyyatın istənilən sahəsi ilə məşğul olan şirkətlərə yüksək səviyyəli peşəkar məsləhət veririk, və xidmətlərimizi sizin konkret tələblərinizə uyğunlaşdıra bilərik