NLP İLƏ SATIŞ PROQRAMI

İnsan anadan satıcı doğulur, ancaq sonra bu sənət ona unutdurulur!

 

Satış sözünün insanlar tərəfindən qəbul edilən mənası, şəxslərin ehtiyaclarını qarşılamaq üçün aldıqları mal və xidmətlərə müəyyən bir məbləğ ödəməsidir. NLP ilə Satış Proqramı iştirakçılara çox şey verir. Bu təlimdə, satışdanəvvəl, satış zamanı və satışdan sonra edilməsi lazım olanlar dinləyicilərə təfərrüatı ilə izah edilir və  onlar  satış sənətinin incəliklərini mənimsəyirlər.

NLP (Neyro Linqvistik Proqramlaşdırma), beynin imkanlarını öyrənməklə yanaşı ondan səmərəli istifadəni də təmin edən elm və sənətdir. NLP ilə Satış Proqramı çox effektivdir, hipnotik təsirə malikdir və mütləq fərq yaradır.

NLP ilə Satış  Proqramı məhsula deyil, müştəriyə yönəlmişdir. Bunun mənası – “müştəri kraldır” deməkdir. Müştəriyə yönəlmiş bir strategiyada müştəri ilə üzbəüz olan satıcının müştəri ilə rəftarı çox vacibdir. Mağazanın satışhəcminin yüksək və ya aşağı olmasında əsas rol satıcıya aiddir. Müştəri bir şey alarkən, ona göstərilən davranış şəklinə görə təkrarən eyni mağazadan alver edib-etməyəcəyinə qərar verir. O, onunla xoş davranılmayan bir mağazaya əsla təkrar gəlməyəcəkdir.

Müştərinin nə istədiyini dərhal anlaya bilən və necə müştəri olduğunu görərək ona uyğun satış strategiyası tətbiq edən bir satıcı, işlədiyi mağazanın müştəri sayının və uğur göstəricisinin artmasında ən vacib faktor olacaqdır.

 

Əgər bu peşədə uğur qazanmaq  istəyirsinizsə, əvvəlcə necə satmanız və müştəriyə satışzamanı necə təsir etməniz lazım olduğunu çox yaxşı öyrənməlisiniz. İstər davranışlarınızla istərsə satış üsulları sahəsindəki ustalığınızla müştərini şirkətinizin daimi müştərisi edəbilərsiniz. Əgər sata bilmirsinizsə, problem məhsulda deyil, sizdədir!

 

Satış sözünün insanlar tərəfindən qəbul edilən mənası, şəxslərin ehtiyaclarını qarşılamaq üçün aldıqları mal və xidmətlərə müəyyən bir məbləğ ödəməsidir. İnsanların aldıqları satış dərsləri onlara çox şey verir. Satış dərslərində, satışdan əvvəl, satış zamanı və satışdan sonra edilməsi lazım olanlar dinləyicilərə təfərrüatı ilə izah edilər və  onlar  satış sənətinin incəliklərini mənimsəyirlər.

Mənim NLP ilə Professional Satış Proqramına Niyə Ehtiyacım Var ?

 

 

Əvvəllər heç vaxt satış təlimi almamısınız. Haqlısınız! Çünki, Azərbaycanda heç bir universitetdə akademik mühitdə satış təlimi və ya satış fakültəsi yoxdur.

 

Aldığınız təlimlər işinizə yaramayıb, çünki əsasən canınızı sıxan tədris metodu tətbiq olunub. Haqlısınız! Çünki təlimlər və təlimçilər vecinə deyilsiniz, təlim vaxtı çox zaman “Təlimçi Şousu”  şəklində keçirdi.

 

Dilimizdə satış və satışı təkmilləşdirmə mövzusunda kifayət qədər material tapa bilməmisiniz. Haqlısınız! Çünki, yalnız “amazon.com” saytında belə 20.000-dən çox satış və satışı təkmilləşdirmə mövzusunda kitab varkən, dilimizə tərcümə edilmiş kitab demək olar ki, yoxdur, azərbaycanca yazılmış bir neçə kitab isə, natamam və çox keyfiyyətsizdir.

 

Öyrəndiyiniz hər şeyi çətinliklə,təcrübələrlə müştərilərlə münasibətdə öyrəndiniz. 

Haqlısınız! Çünki başqa çarəniz yoxdur.

 

Müştərilərin ümidlərinə xitab etməyi bilmək lazımlıdır!