Motivasiya koçluğu

 

Motivasyon Koçluğu- koçun, koçluq xidməti alan kişinin potensialına ən

yaxın performansı göstərməsində, şəxsi və profesional həyatında istədiyi nəticələri

əldə etməsində kömək və bələdçilik etdiyi bir prossesdir. Koçluq prossesi boyunca

şəxs, özünü daha yaxşı tanıyaraq potensialını kəşf edər, gündəlik motivasiya

problemlərini aradan qaldırmaq üçün özünü gücləndirir və hədəflərinə çatmaq

üçün bacarıqlara yiyələnərək özünü motivləşdirmənin yeni yollarını öyrənir.

 

Motivasiya koçluğu prossesinin qısa və uzun müddətlik əhəmiyyətli

faydaları vardır.

 

 

Koçluq prossesinin faydaları:

 

  • Koçluq prossesində qısa zamanda motivasiya problemlərinin həll olunması, uzun müddətə isə motivləşmə bacarıqlarını təkmilləşdirərək, şəxsi və iş həyatında daha effektiv nəticələr alınması və daha xoşbəxt bir həyat yaşaması üçün insanlara kömək etmək məqsədi daşıyır.

 

 

  • Bu məqsədlə koçluq alan şəxsə pratiki üsul və texnikaların nəql olunmasından əlavə, uzun müddətə fərdi inkişafın davam etdirilməsinə yönəlik öyrədici məşğələlər həyata keçirilir.

 

  • Koçluq alan insanın özünə güvənində, özünə hörmətində və özüzünə verdiyi dəyər anlayışında inkişafa nail olunur. Koçluq prossesinin “uzunluğuna” və“sıxlığına” görə bu faydaların qalıcılığı artar.

 

  • Həyata və özünə pozitiv bir baxış prizmasının qazanılması və inkişafı təmin edilir.

 

  • Yeni problemləri aradan qaldırma bacarıqlarında, psixoloji və fiziki dəyanətdə artım baş verir.

 

  • Üstəlik, koçluq alan insanın neqativ əhvalının, sıxıntılı dövrlərinin bu prosseslə pozitivə doğru sürətlə dəyişdirilərək daha asan geridə buraxılmasına kömək olunur.

 

 

Kimlər Motivasiya Koçuyla İşləyir?

 

 

  • Motivasya problemləri olan və bu cür problemləri həll etməkdə daha bacarıqlı olmaq istəyən hər kəs.

 

  • Özünü və öz potensialını tanımaq, kəşf etmək və özünü təkmilləşdirmək istəyən hər kəs.

 

  • Karyera ve şəxsi hədəflərinə çatmaq üçün potensiallarına ən yaxın performansı göstərmək istəyən hər kəs.

 

  • Şəxsinə xas hədəflər qoymaq və bu hədəflər istiqamətində qətiyyətlə irəliləmək istəyən hər kəs.

 

  • Hər peşə qrupundan, özünü və ətrafındakı insanları motivləşdirmənin ip uçlarını öyrənmək və bu istiqamətdə bacarıqlar qazanmaq istəyən hər kəs bu prossesdən faydalana bilər.

 

 

Xülasə, motivasiya koçluğu, koçluq alan şəxsin elmi və təcrübi üsullarla

motivləşməsinə və motivasiyasının yüksək saxlanılmasına kömək edən, hədəfə

doğru inamla irəliləməsində dəstək olan bir yol yoldaşlığı prossesidir.