Münasibətlər Koçluğu

 

Münasibətlər koçluğu- Fərdin özünə olan münasibətini və bu münasibətdən ətrafa

əks olunan görüntüsünü qiymətləndirməyə və yaxşılaşdırmağa çalışır. İnsanların

bir-biriləri ilə, özləri və işlədikləri təşkilat arasında, təşkilatların bir-biriləri ilə

bağlı ünsiyyət və davranış  formalarını yenidən nizamlamasına kömək edən bir

xidmətdir.

 

Münasibətlət koçluğunun əsas xüsusiyyəti, fərdin özünə uyğun dostu və ya həyat

yoldaşını seçə bilməsi üçün şəxsin dəyərlərini və prinsiplərini hesaba alaraq,

münasib şəxsin seçiminin təmin olunmasıdır. Doyumlu və xoşbəxt bir münasibət,

cütlüklər arasında müstəqillik və azadlığın bərabər olması, əlaqənin ürəkdən,

vəzifələrin və məsuliyyətin qarşılıqlı olduğu və problemlərin köməkləşərək

əməkdaşlıqla həll olunduğu bir münasibətdir.

 

 

Münasibətlət Koçluğu Proqramı Nə Qazandırır?

 

 

•Münasibətlər daim qayğı və diqqət tələb edər.

 

•Doyumlu bir münasibət, qarşılıqlı diqqətin reallaşdığı sahədir. 

 

•Münasibətin keyfiyyəti, iki tərəfin də bir-birini nə qədər təkmilləşdirdiyinə və

həzz verdiyinə bağlıdır.

 

•Hər iki tərəf kifayət qədər fədakar olarsa, o münasibət o qədər möhkəm olar.

 

•Münasibətlər koçluğunda şəxs, özünü ifadə edərkən daha az enerji xərcləyib,

zamanı ən yaxşı şəkildə sərf etməyi öyrənir. 

 

•Bu çərçivədə sağlam münasibətlər qurmağı və təkmilləşdirməyi hədəfə alır.

 

•Münasibətlərinizdə daha həvəsli, istəkli, həssas və sevgi dolu ola biləcəksiniz.

 

•Özünüzü, hisslərinizi və düşüncələrinizi  daha azad şəkildə ifadə edə biləcəksiniz.

 

 

 

Münasibətlər Koçluğu Proqramının Məqsədi

 

Proqramın məqsədi, bütün münasibətlərdə yaranan bütün problemləri həll etmək

və şəxsi dəstəkləyici bir rol oynamaqdır. Koçluq prossesinin böyük qismi bənzər

olsa da, münasibətlər koçluğunun əhəmiyyətli bir fərqi, münaqişənin baş verdiyi

qarşılıqlı iki tərəf olmasına baxmayaraq ən çox sıxıntı keçirən tərəfə yönəlik tətbiq

olunmasıdır.