İI ƏRZİNDƏ TƏDBİRLƏR

 

download (8)

Biz səyahətləri maraqlı və parlaq etmək üçün onların təşkilini müxtəlif yanaşma təqdim edirik.

İstər yaz, yay, payız və ya qış olsun, müxətlif ölkələrdə olan insanlar bu mövsümlərdən hər birini dadlı yeməklər, musiqi, incəsənət və ya əyləncə ilə dolu karnaval və festivallarla keçirirlər.Bu qeyd edilələnlərdən hansı birisi sizin xoşunuza gəlir?

 

Sizin karnaval, festival və mədəni-kütləvi tədbirlərin iştirakçısı olmağınız - oraya gedib, həmin məkanlarda keçirdiyiniz həmin qiymətli anları yaddaşınızda saxlamağınız üçün biz əlimizdən gələni edirik.

 

KARNAVALLAR 

 

 

Karnavallar adətən özündə eyni tədbirləri cəmləşdirir, lakin eyni zamanda onlar yerli mədəniyyətin elementlərini də özündə əks etdirir. Gündüz və gecə daimi tamaşaçılar musiqiyə qulaq asır, rəqs edir və küçələrdə yeib-içir. Bal və maskaradlar bir çox şəhərdlərdə keçirilir.

 

Karnavalların əsas ənənəsi küçələrdə keçirilən karnavallardır. Bir sıra şəhərlərdə paradlar platformalarla - qəribə, parlaq geyimlər və maskalar taxmış onlarla insanı daşıyan iri dekorasiya olunmuş avtomobillər ilə keçirilir. Adətən paradların xüsusi mövzusu olur - çox vaxt mövzu yerli aktual siyasi və sosial məsələlər olur. Yüzilliklərlə dini və mədəni ənənələrdən inkişaf etmiş karnaval mövsümünün tamaşası bir çox şəhərlərdə çox məşhur olmuşdur.
Küçələrdə ekstravaqant paraddan, müsiqinin ritmi və rəngarəng kostyumlardan həzz almağa hazır olan insan toplusu olur.Bu heç bir izləyicinin yaddan çıxarmayacağı həyacan doğurucu və kreativ tamaşadır.

.

 

KARNAVALLAR:

 

rio_de_janeiro_carnival_travelanthropist-com

  • Rio-de-Janeroda keçirilən fevral karnavalı
  • Venesiya karnavalı (fevral)
  • МARDİ QRA (NYU ORLEAN) mart/aprel
  • Olqborq karnavalı (uşaq karnavalı) may
  • Santiaqo-de-Kubada keçirilən karnaval (iyul) 
  • Nottinq-Hill karnavalı (London) (avqust)
  • Dyusseldorf karnavalı (noyabr)

 

Festivallar :

 

  • Opera musiqisi festivalı
  • Puççini festivalı
  • Rok musiqisi festivalı
  •  Kann kinofestivalı

 

 

Siyahıda hər hansı bir əyləncə tədbirini seçməklə siz özündə aşağıdakıları cəmləşdirən turistik təklifini alacaqsınız:

 

  • Otelin rezervasiyası
  • Təyyarə / qatar biletləri
  • Müxtəlif tədbirlərə, konsertlərə və s. biletlər.