Satış Koçluğu

 

Satış koçluğu satıcı ilə bərabər yeni imkanlar ortaya çıxaracaq etibarlı bir zəmin yaradaraq

satıcının özünü yenidən formalaşdırmasını təmin edən prossesdir.

 

Satış koçluğu satıcıların axili potensiallarından ən yaxşı şəkildə istifadə etmələri  üçün onları motivasiya edərək yol göstərməyi əhatə edir. Bu prossesdə əvvəllər satıcının həyatında olmayan yeni fürsətlər və inkişaf imkanları yaradılır.

 

Satış koçluğu satış nəzəriyyəsini taktiki və ölçülə bilən aksiyaya çevirir.

 

 

Satış təlimi, yoxsa satış koçluğu?

 

Konsultant : Qazanmaq üçün hansı oyunu oynayacağınızı göstərir. Oyunun addımlarını müəyyənləşdirir.

Təlimçi : Verilən oyun planını necə oynayacağınızı öyrədir. 

Koç : Oyununuzu necə qazanacağınızı və hər dəfə ən yüksək xalı necə yığacağınızı öyrədir.

 

 

Satış koçu sizin fərdiyyətiniz, bilik və bacarıq səviyəniz, işlədiyiniz sektor, şirkət və

müdirlərinizi nəzərə alaraq sizə xüsusi bir yanaşma tərzi verir. Sizin satış karyeranızda

problemləri müstəqil surətdə həll etməniz və məqsədlərinizə çatmağınız üçün Sizə yol

göstərir və kömək edir.

 

 

Bir satıcının satış koçuna niyə ehtiyacı olsun?

 

  • Əksər satıcılar kifayət qədər təlim almadan və lazımi formaya malik olmadan bu peşəyə başlayır. Əksər şirkətlərdə satıcı yetişdirmək üçün lazımi bilik və yönləndirmə bacarıqları yoxdur.

 

  • Satıcıların gündəlik qaç-ha-qov içərisində peşəkar inkişaflarına ayıracaq vaxtları yoxdur.

 

  • Satış müdirləri bir çox səbəbdən satıcını sahə üzrə dəstəkləyib, təkmilləşmələrinə kömək edə bilmirlər.

 

  • Professional iş həyatında satıcıların bütün qorxu və çatışmazlıqlarını rahatlıqla bölüşə biləcəkləri, onları təqsirləndirmədən anlamağa çalışan, dinləyəcək heç kim yoxdur.

 

  • Satıcıların professional inkişafları üçün üçün satış sənətini və satıcı yetişdirməyi yaxşı bilən köməkləri yoxdur.