Azərbaycan barədə söhbət açmaq onun hər bir vətəndaşı üçün böyük fərəhdir. Öz ana vətənini sevən hər bir kəs uşaqlıqdan sevdiyi şeylər barədə danışmaqdan qürur hissi keçirir.
Qafqazın qərbində yerləşən Azərbaycanın unikal iqlim şəraiti var: 9 niqlim qurşağından 8-i burada yerləşir. Gözəl yerlər həmişə insanları istirahətə cəlb edir.
Azərbaycanın əhalisi təxminən 9 milyon nəfər və ərazisi 86.6 min km 2-dir.
Müxtəlif ölkələrəd olduğu kimi, ölkənin ən sıx məskunlaşmış yeri onun paytaxı Bakı şəhəridir.
Kapitalizmin inkişaf etməyə başladığı dövrdən Şərq şəhəri olan Bakının xüsusi tarixi var. Abşeron yarımadasının cənubunda yerləşən Bakı qədimlərdə Xəzər Dənizinin külək və qasırğalarından müdafiə qalası və liman kimi bünövrəsi qoyulmuşdu. “Bakı” sözü küləklər şəhəri deməkdir.
Bakının Azərbaycanın və heç şübhəsiz ki, Qədim Şərqin ən qədim mədəni və iqtisadi mərkəzlərindən olması hesab edilir. Bu şəhər 12-ci əsrdə, Şirvanşahlar sülaləsi öz iqamətgahını Şamaxıdan Bakıya köçürəndə ölkənin siyasi paytaxına çevrildi. Həmin vaxt 12-ci əsrdən indiyə kimi qalmış Şirvanşahlar və Qız Qalası kimi bir sıra arxitektur sənət əsərləri ilə yanaşı şəhər ətrafında güclü müdafiə qalaları da tikilmişdi. Bu məşhur qala 6-cı əsrdə tikilsə də sonralar ninkişaf etmişdi. Yürüş və savaşlar zamanı bu qala ən güclü müdafiə nöqtəsi olmuşdu və ona görə də qız qədər pak və əldəyməmiş qız kimi Qız Qalası adı verilmişdi.
Azərbaycan dünyanın ən qədim neft hasilatı ölkəsi olub 1850-ci ildə bu sahədə dünya lideridir. Dünyada ilk neft buruğu 1848-ci ildə burada qurulmuşdu. 1871-ci ildə neft hasilatı sahəsində buxar mühərrikindən ilk dəfə burada istifadə edilmişdi.1901-ci ilədək Baklı illik 11 milyon ton neftlə dünyada hasil edilən nefitn 50% verirdi.
Sovetlər dövründə Bakı Sovetlər İttifaqının ən vacib sənaye şəhərlərindən biri olmuşdur. Məsələn, İkinci Dünya Müharibəsi ərzində müharibə üçün tələb edilən neftin üçdə ikisi Bakıda hasil edilirdi.
Öz müstəqilliyini bərpa edəndən sonra Azərbaycan Hökuməti inkişaf etmiş demokratik ölkələrə inteqrasiya etməyə və onların qanunvericilik sahəsində qazanılmış təcrübədən bəhrələnməyə çalışır.
Gənc dövlət kimi bizim bir çox çətinliklərimiz də var.
Ermənistanla Müharibəyə görə Ölkəmizin bir çox siyasi-iqtisadi çətinlikləri də var. Məsələn, sayı təxminən 1 milyondan çox olan qaçqın və məcburi köçkünlərlə bağlı problem də buna aiddir. Bu, miqrasiya və inkişaf etməkdə olan ölkə üçün həlli müşkül olan əlavə problemlər yaradır.
AZƏRBAYCANLILAR
Tipik AZƏRBAYCANLILAR-AZƏRİLƏRDƏN söhbət açarkən, demək lazımdır ki, bu tək Qafqaz Xarakteri deyil. Azərbaycan xarakteri müxtəlif təsirlərin qarışığından ibarətdir: Rus, Türk, İran, Avropa və əlbəttə ki,Qafqaz.
Görünüşə gəldikdə, insanlar yaxşı geyinməyi sevirlər: əlbəttə ki, müxtəlif insanların düşüncəsinə görə.
Müxtəlif mədəniyyətlərə uyğunlaşa bildiklərinə görə Azərbaycanlılar başqa xalqlara bənzəməyi sevirlər və bəzən sadəcə Azəri olmaqdan xoşlanmırlar.
Bizim maraqlı tariximiz var,amma bəzən bu barədə danışsaq da tarixin qədimiliyini bilmirik.
Azərbaycanlılar başqa millətlərin həyatlarını təsvir edərkən onların adət-ənənələri barədə danışmaq maraqlıdır. Məsələn: bir qadın hər hansı Avropa şəhəri barədə danışanda onların küçələrinin səliqəli və havasının təmiz olduğunu tərifləyir və sonra da öz şəhərinin küçəsinə zibil atır. Kişilərin xoşlanmaması buna dair başqa bir misaldır. Məsələn, başqa xalqların nəzakətli olmasından danışdıqları zaman hər hansı toplantı ortasında qışqır-bağır salırlar. Amma bu bütün Qafqaz xalqlarına xas bir xüsusiyyətdir. Azərbaycanlılar heç zaman çox gözləmədikləri üçün növbə sözü onlar üçün ən aşağı dərəcəli bir sözdür və bunun səbəbi heç də dəqiqliklə bağlı deyil.
Ümumiyyətlə, Azərbaycanlılar çox yaxşı və bağışlaya və həm də çox tez bağışlaya bildikləri üçün kinli deyillər.
Azərbaycanlılar çox qonaqpərvər olduqları üçün zəng etmədən hər hansı qohum və ya dostun evinə getmək olar. Və çağırılmamış qonağı qəbul etmək burada normaldır. Azərbaycanlılar bişirməyi və xidmət göstərməyi sevirlər və qonaqları üçün əllərindən gələni əsirgəmirlər.
Tipik Azərbaycanın heç bir vaxt çox pulu olmur. Bir qədər pula malik olanda o, bahalı paltar və maşın alır. Sağlamlığında problem olana kimi sağlamlıq və əmlakını sığortalamır.
Ona görə də bilmirəm, Allah bizi bu qədər nöqsanlarımızla bağışlayırmı.